Ən son yenilənmə: 09/11/2009
Hər bir şeir nümunəsində şairin fərdi dünyası əks olunur və bu mikrodünya bizim böyük dünyamızın obyektiv həqiqətini əks etdirirsə, o şeirin hansı mövzuda yazılmasının fərqinə varmırsan. MƏN və DÜNYA, MƏN və ZAMAN həqiqəti ən intim, ən fərdi duyğu və düşüncələrdə də öz poetik həllini tapa bilər.
Əzəldən Bakı-Abşeron mühiti şeir, sənət, musiqi diyarı kimi tanınıb və bu bölgədən çıxan bir çox sənət adamları nəinki Azərbaycanda, bütün dünyada tanınıblar. Bu mövzuda təfsilatı ilə söz açmaq olar, hətta silsilə məqalələr, kitablar yazmaq da vacibdir. Ancaq bizim bu yazıdan məqsəd həmin mühitin yetirdiyi istedadlı bir yazarın, həm bir qəzəlxan kimi tanınan, məhşurlaşan, həm də bir Füzuli heyranı kimi ədəbi ictimaiyyətin diqqətini cəlb eləyən Hacı Ələmdar Mahirin yaradıcılığından müxtəsər söz açmaqdır.
Üçüncü söhbətimizə dahi şairin bir beytiylə başlamaq istəyirəm:
Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var,
Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb.
Səcdə qılmaq, müqəddəsliyə qovuşmaq, ulu məhəbbətə tapınmaq dünyadakı hər cür cılızlıqdan, bəsitlikdən, bayağılıqdan təmizlənmək, durulmaq deməkdir. «Leyli və Məcnun» poemasının ən böyük qayəsi budur.Leyli ilə adi bir qız, Məcnunla adi bir oğlan arasında zəmin-asiman fərq də elə bu amaldan doğur. Elə buna görə Məcnun da, Leyli də adiliyə sığmayan obrazlardır.
Şairlər olduğuyçün bütün sirlərə pərdə,
Onlar peyğəmbərlərin kölgəsidir hər yerdə.
Səfin önü, arxası o zaman ki, düzəldi,
Qabaqca peyğəmbərlər, sonra şairlər gəldi.
Mən yeni poetik nəsil deyəndə konkret olaraq Səlim Babullaoğlunun, Səhərin, Aqşinin, Şərif Ağayarın, Samir Sədaqətoğlunun, İlqar Fəhminin, Zahir Əzəmətin, Narıngülün, Tərlan Əbilovun, Rövşən Naziroğlunun, Xaqani Haşın, Sevinc Pərvanənin, Orxan Eyrin, Sevinc Çılğının, Əlişirin Şükürlünün,Arzu Abdullanın,Xuraman Hüseynzadənin, Xatirə Sadıqlının , Kənanın, Səadət Qabil qızının, Ay Nürun, Rəbiqə Nazimqızının, Cavidanın, Sima Ənnağının, Xatirə Rəhimbəylinin, Əli Əlioğlunun, Əsəd Nəsirlinin, Elşad Ərşadoğlunun, Xalid Mahmudun, Əli Əkbərin, Şəlalə Əbilin, Rəsmiyyə Sabirin, Qan Turalının, Mübariz Xanağalının, Faiq Hüseynbəylinin, Gülşən Cəbilinin, Mirmehdi Ağayevin,Yafəs Məftunun, Nərmin Kamalın, Şəfəq Sahiblinin, Anar Həbiboğlunun, İntişin, Nurəddin Şayanın, Elnur Astanbəylinin, Qafar Qəribin, Aliyənin, Yaralı Bəxtiyarın, Elsevər Məsimin, İlham Novruzoğlunun, Elnarə Şəmsin, Xatirə Vaqifin, Dilşad Arazın, Gülnarə Ləmanın, Nisə Qədirovanın, Şahinə Könülün imzalarını xatırlayıram.
Keçən əsrin 90-cı illərinin sonu-yeni əsrin ilk illərindən başlayaraq modernist şeir təmayülü yenidən poeziyamızda güjlənməyə başladı. Bunu hansısa bir ədəbi qrupun yaranmasıyla əlaqələndirmək doğru olmazdı, sadəcə olaraq bu meyllərin yenidən güclənməsi tarixi bir zərurət idi. 60-cı illərin modernistlərindən fərqli olaraq «yeni» modernistlər poeziyada tək-tük yox, dəstə halında peyda oldular.
|